Dünəndən qalan plov düzgün isidilməsə zəhərləyə bilər

Dünəndən qalan plov düzgün isidilməsə zəhərləyə bilər
23:47 2 Aprel 2017
223 Ölkə
Ölkə mətbuatı
A- A+

Bişirildikdən sonra artıq qalmış plov da hər yemək kimi, yenidən isidilərək, istehlak edilir. Ancaq plovun sizi zəhərləmə ehtimalı olduğunu heç bilirdiniz?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Şimali Karolina Universitetindən qida təhlükəsizliyi üzrə mütəxəssis Benjamin Çapmanın apardığı araşdırmaya görə, əgər bayat plovu düzgün üsul ilə isidilməsə sağlamlığınıza təhlükə yarada bilər.
Düyü bişirildikdə düyüdə olan "bacillus cereus" bakteriyası ölmür. Torpaqda və ərzaqlarda olan bu bakteriyanın bəzi növləri qida mənşəli xəstəliklərə və ən pisi isə, qida zəhərlənməsinə səbəb ola bilər. Bişirmə əsnasında ölməyən bu bakteriya, otaq temperaturunda saxlanıldıqda inkişaf etməyə, çoxalmağa başlayır.
Plovda olan su və başqa maddələr də bakteriyanın inkişafına əlverişli şərait yaradır. İnkişaf edən bakteriyalar isə toksinlərin yaranmasına səbəb olur. Bu toksinlər arasında temperatura dözümlü toksinlər də var.
Bu səbəbdən əgər plovdan qaynaqlanan qida zəhərlənməsinin qarşısını almaq istəyirsinizsə, artıq qalmış plovu soyuducuda saxlamalısınız. Plov bişirildikdən sonra, 2 saat ərzində soyuducuya yerləşdirilməlidir.
Digər bir araşdırmaya görə isə, plov ya 63 dərəcədən yuxarı temperaturda, ya da soyuducuda saxlanılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR