Rusiyada güclü yanğın

Rusiyanın Voronej şəhərində "Qalereya Çijova" ticarət mərkəzində yanğın baş verib.

Metbuat.az bildirir ki, yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 5 min 500 insan isə təxliyə edilib.

"5 min 500 insan təxliyə edilib, 1 nəfər isə xəsarət alıb. Ticarət mərkəzi araşdırma bitənə qədər fəaliyyət göstərməyəcək", - mənbə bildirib.

O qeyd edib ki, yanğın Moskva vaxtı ilə saat 19:20-də söndürülüb. Yanğının səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, "Qalereya Çijova" ticarət mərkəzi 25 mərtəbədən ibarətdir və Voronej şəhərinin ən hündür binası sayılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR