"Söz verirəm, sənə təzə telefon alacağam" - Şahin Diniyev

"Söz verirəm, sənə təzə telefon alacağam" - Şahin Diniyev
23:57 2 Aprel 2017
142 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" komandasının baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində "Qarabağ"la matçdan sonra təşkil edilən mətbuat konfransını lentə alan Peşəkar Futbol Liqasının (PFL) operatoruna telefon alacağını söz verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 51 yaşlı mütəxəssis görüşlə bağlı fikirlərini deməyə başlamazdan öncə masanın üzərinə qoyulan telefonlardan biri Şahin Diniyevin diqqətini cəlb edib. O, telefonu götürərək, "bu kimindir?" - deyə soruşub. Telefonun PFL-in operatoruna məxsus olduğunu öyrənən Ş.Diniyev mövsümün sonunda ona yenisini alacağına söz verib: "Belə havada oyuna gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. Telefonun ekranının qırıq olması diqqətim çəkdi. Bizim də belə vaxtlarımız olub. Söz verirəm, mövsümün sonunda sənə təzə telefon alacağam. Çox əziyyət çəkirsiniz".
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR