Canavar kəndə hücum etdi

Türkiyənin Ərzurum şəhərində kəndə hücum edən canavar bir ailənin 4 üzvünü yaralayıb.

Metbuat.az bildirir ki, hadisə Şenkaya mahalının Yoğurtçular kəndində baş verib. Canavar kənd sakinlərinin birinin həyətindəki mal-qaraya hücum edib. Heyvanları qorumağa çalışan şəşsin özü, həyat yoldaşı, atası və anası canavarın hücumuna məruz qalaraq, müxtəlif dərəcəli xəsarətlər alıblar. Sonda vəhşi heyvanı öldürmək mümkün olub.

Xəstəxanaya çatdırılan 4 nəfərə ilkin tibbi yardım göstərilib. Onların vəziyyətinin stabil olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR