Ermənistanda parlament seçkilərinin ilk nəticələri açıqlandı

Ermənistanda parlament seçkilərinin ilk nəticələri açıqlandı
01:24 3 Aprel 2017
214 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 106 məntəqədən protokollar MSK-ya daxil olub.

 

İlk yeri səslərin 59,99%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə “Tsarukyan” bloku (22,12%), üçüncü yerdə isə “Daşnaksutyun” partiyasıdır (8,37%).

 

Digər partiya və bloklar 4%-dən az səs toplaya bilib.

 

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR