Yeni "Dəmir adam" təqdim olunub

"Gravity Industries" startapının təsisçisi britaniyalı Riçard Brovninq "Dəmir adam”ın məşhur geyiminin işlək prototipini təqdim edib.

Metbuat.az bildirir ki, təqdim olunmuş geyim versiyası tam olmasa da belə, müəyyən müddət Toni Stark kimi havada qalmağa imkan verir. "Daedalus" adlı geyim 6 reaktiv mühərrikdən və istifadəçinin bel hissəsində yerləşən yanacaq bölməsindən ibarət ekzoskeletdir.

Sözügedən prototip texnologiya havada bir neçə dəqiqə ərzində yarım metr hündürlükdə qalmağa imkan verir. Qeyd etmək lazımdır ki, adi yanacağın yerinə aviasiya yanacağından istifadə olunub. Belə ki, aviasiya yanacağından istifadə olunanda, ekzoskeletin partlama ehtimalı demək olar ki, sıfıra enir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR