“Debbi” qasırğası nəticəsində ölənlərin sayı artdı

“Debbi” qasırğası nəticəsində ölənlərin sayı artdı
06:28 3 Aprel 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyada “Debbi” qasırğası nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Kvinslend ştatında 5 nəfər təbii fəlakətin qurbanı olub. Bundan əvvəl 2 nəfərin öldüyü bildirilirdi.

Yağan şiddətli yağışlar Kvinslend və Yeni Cənubi Uels ştatlarında çoxsaylı daşqınlara səbəb olub. “Debbi” son altı il ərzində Avstraliyada qeydə alınan ən dağıdıcı qasırğa olub. Martın 29-dan etibarən polis və xilasedicilər tərəfindən 400 nəfər xilas edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR