Neft anbarında partlayış - 5 ölü, 3 yaralı

Neft anbarında partlayış - 5 ölü, 3 yaralı
08:38 3 Aprel 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Anhoy vilayətindəki neft şirkətinin anbarında baş vermiş partlayış zamanı 5 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Ançin şəhərində, "Wanhua" şirkətinin anbarında qeydə alınıb. Anbar partlayışdan sonra yanıb. Yanğınsöndürənlər alovu söndürmək üçün 3 saat vaxt sərf ediblər.

Hadisə zamanı ölənlərin cəsədləri bazar ertəsi səhər aşkarlanıb. Hazırda yaralılara xəstəxanada tibbi yardım göstərilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR