Ermənistanda seçkilərdə qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanılıb

Ermənistanda seçkilərdə qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanılıb
08:47 3 Aprel 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Baş Prokurorluğu parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları barədə 2000-ə yaxın məlumatla tanış olub.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, onlardan 392-də cinayət əlamətləri aşkarlanıb.

"392 məlumatdan 121 bir seçicinin digər seçicinin yerinə səs verməsi ilə, 115-i seçicinin öz iradəsini azad ifadə etməsinə mane olmaq ilə, 77-si səsvermə sirrinin pozulması ilə, 63-ü KİV nümayəndəsinin, güvənilmiş şəxsin və müşahidəçinin işinə mane olmaq ilə, 5-i seçkiqabağı rüşvət paylanması ilə, 1-i isə seçki məntəqəsində siyahının tərtibinə mane olmaq ilə bağlıdır", - Baş Prokurorluqda bildiriblər.

Prokurorluqda bildiriblər ki, təkrar səsvermə hallarının 6-sı üzrə cinayət işi başlanıb, bir nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR