Neymar 100-ə çatıb 3-cü oldu

Neymar 100-ə çatıb 3-cü oldu
09:17 3 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XXIX turunda "Barselona" səfərdə "Qaranada" üzərində 4:1 hesablı qələbə qazandı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçda son nöqtəni qoyan kataloniyalıların braziliyalı futbolçusu Neymar tarixə düşüb.

Belə ki, görüşün 90+1-ci dəqiqəsində hesabı darmadağın həddinə çatdıran futbolçu bununla da "Barselona" forması ilə 100-cü qoluna imza atıb.
 
O, bu göstərici ilə Kataloniya klubunun heyətində 100 qol həddini keçən 3-cü oyunçu olub.
 
İlk iki pillədə isə 130 qolla Rivaldo və 105 qolla Evaristo qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR