Buffon Zanettini keçdi, irəlidə Maldini var

Buffon Zanettini keçdi, irəlidə Maldini var
09:42 3 Aprel 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A seriyasının XXX turunda "Yuventus" səfərdə "Napoli" ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçda start heyətində başlayan və 90 dəqiqə meydanda olan turinlilərin əfsanəvi qapıçısı bununla da A seriyasında 615-ci matçını keçirib.

Bu göstərici ilə "İnter"in argentinalı keçmiş oyunçusu Xavier Zanettiyə çatan Cici sıralamada ikinci pilləyə yüksəlib. İtaliya yüksək liqasında ən çox oyun keçirən isə bir başqa əfsanə Paolo Maldinidir.
 
Karyerası boyunca "Milan"a sadiq qalan müdafiəçi 647 dəfə meydana çıxıb.
 
İlk beşlik isə aşağıdakı kimi sıralanıb.
 
1. Paolo Maldini - 647
2. Canluici Buffon - 615
3. Xavier Zanetti - 615
4. Françesko Totti - 613
5. Canlyuka Palyuka - 592 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR