Qeyri-neft sektoruna birbaşa investisiyalar təxminən 2 dəfə artıb

Qeyri-neft sektoruna birbaşa investisiyalar təxminən 2 dəfə artıb
09:47 3 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan iqtisadiyyatında birbaşa investisilar şəklində xarici kapitalın ümumi həcmi 2016-cı ildə 7,32 milyard dollar təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə bu göstərici 2,4 faiz azalıb. Belə ki, 2015-ci ildə bu göstərici 7,5 milyard dollar təşkil edib.

Məlumata görə, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisyların həcmi isə təxminən 1,71 milyard dollar təşkil edib. Bu göstərici isə 2015-ci il üzrə göstəricidən təxminən 2 dəfə çoxdur. Belə ki, 2015-ci ildə bu göstərici 860,4 milyon dollar təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/531416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR