Ölkə çempionu sona 8 tur qalmış müəyyənləşdi

Ölkə çempionu sona 8 tur qalmış müəyyənləşdi
10:05 3 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

"Seltik" klubu ardıcıl 6-cı dəfə futbol üzrə Şotlandiya çempionu olub.

Milli.Az report-a istinadən xəbər verir ki, "keltlər" sona 8 tur qalmış buna nail olublar. XXX turda səfərdə "Harts"ı 5:0 hesabı ilə yenən Brendan Rocersin baş məşqçi olduğu komanda son 88 ildə ən erkən çempion adını qazanıb. Klub çempionat matçlarının hələ 79,9 faizini keçirib.

"Seltik" oynadığı qarşılaşmalarda bir məğlubiyyət belə almayıb və cəmi iki heç-heçə edərək, 86 xal toplayıb. İkinci pillədəki "Aberdin"in 61 xalı var. Tarixində 48-ci dəfə əldə etdiyi çempionluq sayəsində Qlazqo təmsilçisi 2017-2018 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək.

Qeyd edək ki, "Seltik" 2015-2016 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdırıb - 1:0, 0:0. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR