Mourinyonun "Monako"nu parçalamaq PLANI

Mourinyonun "Monako"nu parçalamaq   PLANI
10:07 3 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mouriryno gözünü "Monako"ya dikib. Fanat.Az "The Sun"a istinadən xəbər verir ki,  portuqaliyalı mütəxəssis knyazlıq klubundan Qabriel Sidibe veə Benjamin Mendini hədəfə alıb. 


Xəbərdə bildirilir ki, "Mançester Yunayted"in skautları uzun müddətdi izlədiyi müdafiəçilərlə bağlı məlumatları Mourinyoya təqdim edib. Premyer Liqa klubunun iki futbolçu üçün "Monako"ya 40 milyon avro təklif edəcəyi deyilir.


Qeyd edək ki, "Monako"nun ötən il "Lill"dən 16 milyon avroya aldığı sağ cinah müdafiəçisi Qabriel Sidibeyə "Transfermarkt" hazırda 14 milyon avro qiymət qoyub. Ötən il "Marsel"dən knyazlıq klubuna 13 milyon avroya transfer olunan sol cinah müdafiəçisi Benjamin Mendinin dəyəri isə hazırda 9 milyon avrodu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyonun-quotmonakoquotnu-parcalamaq-t57304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR