SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 4 ərazidə hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 4 ərazidə hərəkət məhdudlaşdırılacaq
10:29 3 Aprel 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün saat 11:00-dan axşam saatlarınadək Suraxanı rayonu, Heydər Əliyev prospekti "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonu, Azneft dairəsi - Bayraq Meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Bundan başqa axşam saat 22:00-dan səhər saatlarınadək isə Nəsimi rayonu, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də anoloji işlər aparılacaq. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR