Şagirdləri divara düzüb, üstlərini axtardılar

Rusiyanın Sestroretska vilayətində məktəblərdə “Ölümün olduğu yeri bildir” şüarı altında keçirilən narkotik əməliyyatı zamanı şagirdlər divara düzülüb, üstlərində axtarış aparılıb. Valideynlər bu barədə sosial şəbəkələrdə yayılan fotolara etiraz bildiriblər.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasında Rusiyanın kurort bölgələrindən sayılan Sestroretskada yerləşən 556 nömrəli orta məktəbdə baş tutan narkotik əməliyyatında məktəblilərlə yanaşı, bütün kabinetlərin də yoxlanıldığı, nəticədə heç bir narkotik maddə aşkar olunmadığı bildirilib.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR