Namaz qılarkən "Selfie" çəkdirmək günahdır?

İslam dinində şəkil çəkdirməyə xüsusi münasibət var. Dinimizə görə, əl ilə canlı (ruhu olan) şəkil çəkmək haram hesab edilir.

Metbuat.az xəbər verir ki, insan və heyvanların fotosunu çəkməyin hökmü də mötəbər alimlərin çoxunun rəyinə görə yuxarıdakı kimidir. İslam alimləri bunu bütlərə ibadətlə bağlayır.

Müasir dövrdə texnologiyanın inkişafı ilə əlaqədar səcdə zamanı foto çəkdirib paylaşanlar və ya onu profil şəkli edənlər də az deyil.

Lakin ruhu olmayan əşyaların şəklini çəkmək icazəlidir. Video və animasiya da qalıcı olmadığı üçün halal sayılır.

Surətin bir forması olan foto əgər şəxsiyyət vəsiqəsi və ya hansısa sənəd üçün tələb olunursa, bu zaman şəkil çəkdirmək haram hesab edilmir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Fuad Pənahlı dinin şəkil çədirməyə münasibətindən danışıb:

“İslam dini tanıtma, özünü reklam xarakterli hərəkətləri birmənalı şəkildə bəyənmir və qəbul etmir. Əgər xüsusi hallar şəkil şəkdirməyi tələb edərsə, bu zaman din bu hərəkəti müsbət qarşılayır. Xüsusilə də, foto çəkdirmək kiminsə sağlamlığı və ya həyat şəraitinin yaxşılaşdırılmasına yönəlibsə, bu əməl saleh sayılır. Xeyriyyə xarakterli fotolar da bu siyahıya daxildir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR