Sol tərəf üstə yatmaq faydalıdır

Alimlər insan orqanizmi üçün faydalı və ziyanlı hesab edilən yatmaq formalarını müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, tədqiqat nəticəsində insanın yatma forması onun daxili orqanlarının fəaliyyəti, immunitet sistemi və qidalanma formasından asılı olduğu ortaya çıxıb.

Ən xeyirli forma isə sol tərəf üstə yatma hesab edilir. Bu forma bədəndən zərərli maddələrin xaric olmasına yardım edir, həzmetməni asanlaşdırır.

Sağ tərəf üstə yatmaq orqanizm üçün ziyanlı sayılır. Bu zaman mədə-bağırsaq sisteminin fəaliyyəti çətinləşərək, mədə üçün ağırlıq yaranır.

Arxası üstə yatmaq isə nəfəsalmanı çətinləşdirərək, xorultuya səbəb olur.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR