Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri Bakıda görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri Bakıda görüşəcək
11:13 3 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Mayda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin görüşü keçiriləcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı-Tbilisi-Qars layihəsinin gömrük məsələləri üzrə üçtərəfli texniki görüşündə deyib.

Ş.Bağırov qeyd edib ki, görüşdə dəmiryolu dəhlizinin istismara verilməsindən sonra gömrük orqanlarının fəaliyyət formaları müəyyən ediləcək:

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə işlərin böyük əksəriyyəti artıq görülüb, Gürcüstan və Türkiyə ərazisində cüzi işlər qalıb. Bu da yaxın aylarda başa çatacaq. Mayda Bakıda gömrük orqanları rəhbərlərinin görüşü baş tutacaq və müvafiq memorandum imzalanacaq". (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/193538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR