"Azərbaycan tərəfi hərbi əməliyyatlara başlaya bilər"

Ermənistanda keçirilən prezident seçkiləri, eləcə də ötən ilin Aprel hadisələri ilə bağlı bu ilin aprel ayından başlayaraq cəbhə xəttində vəziyyətin gərginləşəcəyi barədə həftələr öncə mediada məlumatlar gəzirdi. Prezident Sarkisyanın ötən ilin aprel ayında itirilən əraziləri geri qaytarmaqla bağlı verdiyi sözü seçkiöncəsi həyata keçirməsi gözlənilsə də, bu baş vermədi.

Hərbi jurnalist Ramil Məmmədli bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, tarixi önəmi olan günlərdə cəbhədə heç vaxt hansısa hadisə baş vermir:

“Bu ilin aprel ayında hansısa hadisənin gözlənilməsi, fikrimcə, düzgün deyil. Ölkə daxilində siyasi proseslər gərginləşən zaman adətən müharibə aparılması kimi vacib məsələlər sonraya saxlanılır. Ermənistan hakimiyyəti də, belə bir kritik məqamda cəbhədə vəziyyətin gərginləşməsini istəmir. Dağlıq Qarabağ münaqişəsi artıq dünya üzrə iri dövlətlərin masasında müzakirə obyekti olduğundan, bu msələyə bir qədər diqqətli yanaşmaq lazımdır. Aprel ayında Ermənistanın hansısa bir həmləyə əl atması yalnış olardı”.

Hərbi jurnalist qeyd edibi ki, Ermənistan-Azərbaycan münaqişəsində böyük əməliyyatların aparılması məqsədəuyğun deyil:

“Yəni, toqquşma olarsa, lokal, kiçik əməliyyatlar şəklində keçiriləcək. Ötən ilin aprel ayında baş verən toqquşmalar da bu şəkildə qeydə alındı. Bundan sonrakı mərhələlərdə cəbhə bölgəsində vəziyyətin gərginləşməsi mümükün deyil. Əlbəttə, Rusiyanın məsələlərə mövqeyi dəyişərsə və Ermənistandan ərazilərin qaytarılmasını tələb edərsə, bu zaman Azərbaycan tərəfi hərbi əməliyyatlara başlaya bilər. Əks təqdirdə, Azərbaycanın qarşıdurma xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara başlaması bizi qonşu ölkələrlə üz-üzə qoya bilər. Hər halda, bu, bizim üçün xeyirli deyil. Lakin ermənilərin cəbhə bölgəsində həyata keçirdikləri təxribat, təşviqat əməliyyatları ilə erməni ordusuna müəyyən zərbələr endirə bilərik”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR