O ölkənin yeni prezidenti məlum oldu

Serbiyada keçirilmiş prezident seçkilərində ilkin hesablamalara görə, Baş nazir Aleksandar Vuçiç səslərin təxminən 59%-ni toplayaraq qalib olub.

Metbuat.az bildirir ki, digər namizədlərdən daha çox səs topladığınaa görə Serbiya xalqına minnətdar olduğunu deyən Vuçiç, Rusiya prezidenti və Almaniya kanslerinin görüşə razılıq verdikləri üçün məmnun olduğunu açıqlayıb.

Bazar günü keçirilən soseçkilərə 3 milyon 700 min adam qatılıb. Vuçiç yeni hökuməti yaxın iki ayda formalaşdıracağını bildirib.

Eyni zamanda, yeni prezident Rusiya və Çin ilə yaxşı əlaqələrin yaradılacağını qeyd edib. Onun ilk səfərinin də Çinə olacağı vurğulanıb.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR