Cüdoçularımızdan uğursuz nəticə

Cüdoçularımızdan uğursuz nəticə
11:42 3 Aprel 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Yarışın son günündə Azərbaycanın 5 idmançısı tatami üzərinə çıxıb.

Belə ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu yarışa 1/16 final mərhələsindən start verib. Lakin cüdoçumuzun elə ilk  görüşdə məğlub olaraq, turnirlə erkən vidalaşmalı olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu çəkidə yarışan digər təmsilçimiz Firudin Dadaşov isə turnirə 1/8 finaldan başlayıb. O da Əbdülhəqq kimi bu sınaqdan məğlub ayrılıb. 100 kq da çəkidə isə Zelim Kotsoyev 1/8 finalda gürcüstan təmsilçisinə qalib gəlib. Lakin 1/4 finalda İsveçli idmançıya məğlub olub. Təsəlliverici görüşlərə qatılan Kotsoyev Braziliyalı Rafael Buzakariniyə məğlub olaraq, medalsız qalıb.

Bu çəki də mübraizə apran digər cüdoçumuz Cəlil Şükürov 1/16 finalda qalib gəlsə də, növbəti mərhələdə rusiyalı cüdoçu ilə bacarmayıb. Qadınların yarışındakı son təmsilçimiz 78 kq çəki də mübarizə aparan Günel Həsənli 1/16 finalda rusiyalı idmançıya məğlub olub. İdmançılarımız aprelin 1-də də medal qazana bilmədiyindən Tbilisi Qran-Prisi cüdoçularımız üçün mükafatsız başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR