2 aprel Ermənistanda kütləvi biabırçılıq günüdür - ETİRAF

2 aprel Ermənistanda kütləvi biabırçılıq günüdür - ETİRAF
11:43 3 Aprel 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

“Heç kim şübhələnmirdi ki, Ermənistanda parlament seçkilərinin seçkiqabağı texnologiyalarından biri rüşvət olacaq. Cəmiyyətin ağır ictimai durumunu nəzərə alsaq, bu texnologiya kifayət qədər effektiv oldu”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Musa Mikaelyan Ermənistanda dünən keçirilən parlament seçkilərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, seçkilər Ermənistan üçün kütləvi biabırçılıqla nəticələndi.

“Seçkilər və onun nəticələri biabırçılıqdır. Lakin bunun əksini kimsə gözləyirdimi? Doğrudanmı, kimsə hesab edirdi ki, Sarkisyan və Respublika Partiyası seçkiləri saxtalaşdırmayacaq? Ermənistanda “ənənəvi” seçki baş tutdu və bunun qarşısını yalnız qeyri-ənənəvi strategiya ilə almaq mümkün idi. Lakin müxalifət “ənənəvi” ardıcıllığa kömək etdi. 2 aprel Ermənistan üçün kütləvi biabırçılıq günü olaraq tarixə keçdi”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR