Aprel şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO

Aprel şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO
12:05 3 Aprel 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Sumqayıt şəhərində yaşadığı binaya barelyefi vurulub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu gün barelyefin açılış mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, qohumları və hərbçi yoldaşları iştirak ediblər. 


Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışov ötən ilin aprelində baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb. Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 
Milli.Az
 
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR