71 ilin cütlüyü bir-birindən 4 dəqiqə fərqlə vəfat etdi - ölüm də onları ayırmadı - FOTO

71 ilin cütlüyü bir-birindən 4 dəqiqə fərqlə vəfat etdi - ölüm də onları ayırmadı - FOTO
12:05 3 Aprel 2017
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

70 ildir evli olan cütlük bir-birindən 4 dəqiqə fərqlə vəfat edib.

Onların öldükləri məkanlar arasındakı məsafə 3 mil (7 kilometr) olub.

Vilf Russel 93 yaşında qocalar evində dünyasını dəyişib. O, yaddaş xəstəliyindən əziyyət çəkirdi. Artıq elə hala gəlmişdi ki, xanımını belə tanıya bilmirdi.

Onun 91 yaşlı xanımı Vera isə xəstəxanada dünyasını dəyişib. Veranın xəstələnmə səbəbi isə ərinin onu tanıya bilməməsi olub. Ərinin onu xatırlaya bilməməsinə dözə bilməyən qadın yatağa düşüb.

Vilf son nəfəsini Lesterşir qraflığındakı qocalar evində saat 6.50-də verib. Ondan 4 dəqiqə sonra isə, yəni 6:54-də həyat yoldaşı Vera xəstəxanada dünyasını dəyişib. Qadın ərinin ölümündən xəbərsiz həyatını itirib.

Qeyd edək ki, bu barədə məlumatı onların nəvələri Leicester Mercury-yə verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR