Güclü qasırğa ABŞ-ı cənginə aldı

ABŞ-ın cənubundakı Luiziyana ştatında baş verən güclü qasırğaya görə bölgədə fövqəladə vəziyyət elan edilib.

Metbuat.az bildirir ki, iki nəfərin ölümünə səbəb olan qasırğa bir çox yaşayış evlərini, elektrik dirəklərini yararsız vəziyyətə salıb. Ölənlərdən birinin 3 yaşlı qız olduğu deyilir. Qasırğanın şərqə doğru Mississippi və Alabama ştatlarına tərəf irəlilədiyi qeyd olunub. Sözügedən ştatlarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR