Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açıldı

Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açıldı
12:17 3 Aprel 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Baş Prokurorluğu tərəfindən bazar günü keçirilən parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir cinayət işi üzrə 1 nəfər saxlanılıb.
 
Baş Prokurorluqdan bildirilib ki, 392 müraciət üzrə seçki cinayəti əlaməti müşahidə edilib: "Onlardan 121-i başqasının yerinə səs vermə və ya təkrar səs vermə, 115-i seçicinin özünüifadə hüququna maneə, 77-si gizli səsvermə hüququnun pozulması, 63-ü KİV nümayəndələrinin, komissiyanın, müşahidəçilərin fəaliyyətinə əngəl törətmə, 15-i rüşvət verməyə cəhd və biri seçici siyahısının tərtib olunması zamanı pozuntuya yol verməklə bağlı olub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR