Bakının 4 ərazisində yollar bağlanacaq

Bakının 4 ərazisində yollar bağlanacaq
12:22 3 Aprel 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işlərinin aparılması ilə əlaqədar bir sıra yollarda hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC tərəfindən Milli.Az-a verilən məlumata görə, bu gün saat 11:00-dan axşam saatlarınadək Suraxanı rayonu, Heydər Əliyev prospekti "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonu, Azneft dairəsi - Bayraq Meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bundan başqa axşam saat 22:00-dan səhər saatlarınadək isə Nəsimi rayonu, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də anoloji işlər aparılacaq. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR