Rus qızları bu restorana buraxılmadı

Madriddəki restoranlardan biri rus qadınlara xidmət göstərməkdən imtina edib.

Metbuat.az bildirir ki, sosial şəbəkələrdə bu hadisə barədə məlumat yayılıb.

"Bask Sagardi" restoranlar şəbəkəsi rəsmi "Facebook" səhifəsində keçirilməsi planlaşdırılan tədbirin restoranın formatına uyğun olmadığını, bunun üçün sifarişdən imtina edildiyini açıqlayıb.

İspan restoranının rusiyalı qadınlara xidmət etməyə imtina etməsinə səbəb 1200 rus qadından ibarət "Good Morning Madrid!" klub üzvlərinin rezervlə bağlı problem yaratdıqları ilə bağlıdır.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR