Oğrular tərəfindən yarılan mağazaya yenə hücum oldu - FOTO

Oğrular tərəfindən yarılan mağazaya yenə hücum oldu - FOTO
12:32 3 Aprel 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə bir mağaza ikinci dəfə qarət olunub.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, hər iki cinayət hadisəsi zamanı obyekt sahibinə xeyli miqdarda maddi ziyan dəyib. İndi zərərçəkəni maddi ziyandan çox ona mənəvi zərbə vuran şəxsin kimliyi narahat edir.

Gəncə Dəmir Yolu Vağzalının ərazisində şəhər sakini Cabir Qasımova məxsus mağazadan oğurluq hadisəsi baş verib. Qapının şüşə hissəsini sındıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər oradan xeyli miqdarda tütün məmulatları, alkoqolsuz içkilər və qida məhsullarını oğurlayıblar. Hadisə gecə baş verdiyindən mağaza sahibi cinayət əməlindən səhər saatlarında xəbər tutub və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat  verib.

Cabir Qasımov - mağaza sahibi: "Səhər tezdən 10-11 arası dedilər ki, mağazaya oğru girib. Gəldim baxdım siqaretləri enerji içkilərini, kolbasaları, saqqızları oğurlayıblar. Hardasa mənə 1000-1500 manat ziyan dəyib".

Zərərçəkənin müraciəti əsasında hadisə yerinə gələn Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşları zəruri istintaq hərəkətlərini həyata keçirib. Obyekt sahibinin sözlərinə görə, bu sözügedən mağazada qeydə alınan ilk oğurluq hadisəsi deyil.

Cabir Qasımov - mağaza sahibi: "Bu necənci oğurluq hadisəsidir. Artıq mağazanı arendaya vermək istəyirəm. Ötən ildə bu vaxtlar mağazamda belə bir hadisə olmuşdu".

Polis əməkdaşları tərəfindən oğurluğu törədən şəxs və ya şəxslərin müəyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/531468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR