ADU-da yeni fakültə yaradılıb

ADU-da yeni fakültə yaradılıb
12:37 3 Aprel 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 31 mart 2017-ci il tarixli qərarına əsasən, universitetin Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələri birləşdirilərək onların bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ADU-nun İnformasiya Departamentindən məlumat verilib.

Qeyd edək ki, iki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR