Eksternat imtahanları keçiriləcək

Eksternat imtahanları keçiriləcək
12:59 3 Aprel 2017
186 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən  məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) BŞTİ-də aparılacaq.

 

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  3, 4, 5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

 

Bildirək ki, eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR