Putin Sarkisyana teleqram göndərdi

Putin Sarkisyana teleqram göndərdi
13:12 3 Aprel 2017
187 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyana göndərdiyi məktubda "qarşılıqlı tərəfdaşlıq əlaqələrinin" yüksək olmasını vurğulayıb.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az "RİA Novosti"yə istinadən xəbər verir. 

"Rusiya Federasiyası və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin 25 illik yubileyi münasibətilə sizi ürəkdən təbrik edirəm. Lap qədimdən Rusiya və Ermənistan xalqlarını birləşdirən mehriban dosluq ənənələri və qarşılıqlı hörmətə arxalanaraq ötən illər ərzində biz Rusiya və Ermənistan əlaqələrini yüksək qarşılıqlı tərəfdaşlıq səviyyəsinə yüksəldə bildik", - Rusiya prezidentinin teleqramında bildirilir. 

Rusiya prezidentinin sözlərinə görə, ölkələr arasında siyasi dialoq dinamik şəkildə inkişaf edir, ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə genişmiqyaslı layihələr həytata keçirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR