Səmədov: "Futbol, məgər ekzotikadır?"

Səmədov: "Futbol, məgər ekzotikadır?"
13:22 3 Aprel 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

"Spartak"ın yarımmüdafiəçisi Aleksandr Səmədov bir neçə il öncə İspaniya, son vaxtlar isə Çindən onunla maraqlanan klubların olduğunu bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, azərbaycanlı köklərə malik futbolçu bunları deyib:

"Təxminən 1 il bundan əvvəl zəng edib Çindən mənə maraq olduğunu dedilər. Ora getmək üçün hazır olub-olmadığımı soruşdular. "Yox" dedim. Futbol, məgər ekzotikadır? Nə qədər insan yaxşı pula görə ora gedib. Bu, onların şəxsi seçimidir. 2005-ci ildə UEFA Kubokunda "Sevilya" ilə "Lokomotiv"lə düşmüşdü. Cavab görüşünü İspaniyada keçirmişdik. Oyundan əvvəl idman direktorumuz mənə dedi ki, 2 ispan klubu məni izləmək üçün skautlarını göndərib. Düzü, bir az duruxdum. İspaniyada mənə çətin olacağını düşündüm. Vəssalam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR