Tələbələr üçün iş - Pul yoxdur, əvəzinə arayış verilir

Tələbələr üçün iş - Pul yoxdur, əvəzinə arayış verilir
13:27 3 Aprel 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

İdarədən Milli.Az-a verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR