"Bakı Moskvanın təşəbbüs göstərdiyi layihələrdə iştirakını siyasi-iqtisadi səmərə baxımından nəzərdən keçirir"

"Bakı Moskvanın təşəbbüs göstərdiyi layihələrdə iştirakını siyasi-iqtisadi səmərə baxımından nəzərdən keçirir"
13:42 3 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Moskvanın təşəbbüs göstərdiyi inteqrasiya layihələrində iştirakını siyasi və iqtisadi səmərə baxımından nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili Tərəfdaşlıq strategiyası" mövzusunda Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

O qeyd edib ki, iki ölkənin, xüsusən Qafqazda və Xəzər regionunda təhlükəsizlik sahəsində birgə risklərini unutmaq lazım deyil: "Ölkələr bu gün hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirir, bununla belə Azərbaycan eyni zamanda, özünün müstəqil müdafiə sənayesini inkişaf etdirir".

Ekspert, həmçinin qeyd edib ki, Rusiya və Türkiyə arasında yaxşı münasibətlər Azərbaycan üçün müsbət haldır, çünki Bakı Türkiyə ilə müttəfiqlik əməkdaşlığına malikdir və Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır: "Azərbaycan tərəfindən atılan müəyyən addımlar Moskva ilə Ankara arasında gərginliyin azalmasına yardım edib. Biz bir sıra formatlarda, məsələn Türkiyə ilə istənilən layihələrin icrasında üçüncü tərəf ola bilərik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR