"Ermənistandakı parlament seçkiləri pul seçkisi idi"

"Ermənistandakı parlament seçkiləri pul seçkisi idi"
13:52 3 Aprel 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Biz "exit-poll"un nəticələrini tanımırıq və qəbul etmirik. Biz, ümumiyyətlə, heç bir sosial sorğuya ciddi yanaşmırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanda keçirilmiş parlament seçkilərində "Azad demokratlar" partiyasından namizədliyini irəli sürmüş Stepan Safaryan deyib.

S.Safaryan qeyd edib ki, onlar Mərkəzi Seçki Komissiyasının nəticələrini, həmçinin dairə seçki məntəqələrində öz üzvlərindən məlumatları gözləyirlər:

"Çox təəssüf ki, bu seçkilər də əvvəlki seçkilərdən keyfiyyət baxımından heç nə ilə fərqlənmədi. Bu, pul seçkisi idi. Hamınız bunun şahidi oldunuz".

Seçkisonrası proseslərə gəlincə, o, seçkilərə tam yekun vurulmasını gözləyəcəklərini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR