70 illik evli cütlük 4 dəqiqə fərq ilə dünyalarını dəyişdilər - BİR-BİRİNDƏN XƏBƏRSİZ

70 illik evli cütlük 4 dəqiqə fərq ilə dünyalarını dəyişdilər - BİR-BİRİNDƏN XƏBƏRSİZ
14:18 3 Aprel 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

4 dəqiqə fərq ilə dünyasını dəyişən cütlüyün xəbəri dünya KİV-lərinin əsas mövzusuna çevrilib.

70 illlik ömür-gün yoldaşları bir-birindən 7 kilometr aralıda əbədiyyətə qovuşub.

Publika.az xəbər verir ki, ömrünün son illərində xəstəliyi ucbatından 70 illik həyat yoldaşını belə tanımaqda çətinlik çəkən 93 yaşlı Vilf Russel qocalar evində dünyasını dəyişib.

Ərinin yaddaş xəstəliyindən əziyyət çəkməsi, onu belə tanımaması 91 yaşlı həyat yoldaşı Veranı narahat edirdi. Fikirdən yataq xəstəsi olan qadın ərinin ölümündən xəbərsiz xəstəxanada dünyasını dəyişib.

Hadisə haqqında KİV-lərə cütlüyün nəvəsi Leycester Merkuri məlumat verib. Onun sözlərinə görə, nənəsi və babası 4 dəqiqə fərqi ilə ( saat 6:50 və 6:54-də) vəfat ediblər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/193562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR