Bakıda Xəzər ekspert klubu layihəsi təqdim edilib

Bakıda Xəzər ekspert klubu layihəsi təqdim edilib
14:22 3 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən "Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası" mövzusunda Dəyirmi masada Xəzər ekspert klubu layihəsinin təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təqdimatı "Xəzər-Avrasiya" Mərkəzinin rəhbəri Andrey Sızranov keçirib.

Onun sözlərinə görə, yeni təşəbbüs regionun ekspertlərini birləşdirməlidir. Bu formata artıq Qazaxıstanın və Azərbaycan ekspert ictimaiyyətləri qoşulub.

A.Sızranov qeyd edib ki, yeni layihə çərçivəsində Xəzərin statusu, Xəzəryanı ölkələrin dənizdə qarşılıqlı fəaliyyəti, Xəzər regionunun ümumi media-məkanının formalaşdırılması və bu regiona diqqətin artırılması məsələləri müzakirə olunacaq.

Xəzər ekspert klubunun üzvü Əli Hacızadənin sözlərinə görə, yeni ekspert ictimaiyyətinin məqsədi Xəzər regionunda yaranmış boşluğun doldurulmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR