Yol polisinin və kameranın qarşısında da qayda pozanlar var - VİDEO

Yol polisinin və kameranın qarşısında da qayda pozanlar var - VİDEO
14:43 3 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 1-i Bakının Mikayıl Müşviq küçəsində (TQDK-nin yaxınlığında) hərəkətdə olan 10-NM-501 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü YPX əməkdaşının gözü qarşısında 1.3 xəttini (qoşa xətti) tapdalayaraq əks istiqamətə çıxaraq svetoforun qadağanedici işığında hərəkət edib. Onun bu hərəkəti Avtosfer.az-ın kamerasına tuş gəlib.

Eyni tarixdə Akademik Həsən Əliyev küçəsində 90-HS-643 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman arxadan gələn avtomobilə yol verməyib. Bu azmış kimi, tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.

Bu tip intizamsız sürücülər son zamanlar əks istiqamətdə hərəkət etmə xəstəliyinə tutulublar. Yəqin ki, bu sürücülər məsuliyyətdən kənarda qaldıqlarına və ya belə düşündüklərinə görə rahat şəkildə qaydaları pozurlar.

Bu görüntülərə görə, onların hər ikisini 100 manat 4 bal cərimə gozləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/193573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR