İradə İbrahimova üçün özəl gün

İradə İbrahimova üçün özəl gün
14:57 3 Aprel 2017
259 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni İradə İbrahimovanın ad günüdür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 37 yaşı tamam olan ifaçı təəssüratlarını bölüşüb. 

Ailə qurduqdan sonra Türkiyəyə köçən sənətçi bildirib ki, özəl gününü yaxınları ilə birlikdə qeyd edəcək:

"Çox şükür ki, ətrafıma gözəl dostlar toplamışam. 37 yaşıma çatmışam, indi görürəm ki, insana ancaq yaxşı ətraf qalır. Bunlar çox önəmlidir. Şanslıyam ki, hər şeyimi açıq danışa biləcəyim insanlar var. Allah onları mənə çox görməsin. İpəyi səhər dərsə tez yola saldığım üçün 6-da oyanıram, gecə də tez yatıram. Gecədən təbriklər almağa başlamışam. Hamısına bu gün cavab vermişəm. Anamgil də Azərbaycandan zəng etdilər. 

Bu gün ailəmlə birlikdə qeyd edəcəm. Ayın 16-da isə ailəmlə birlikdə Yunanıstana gedəcəyəm. Aprelin 19-da eyni zamanda ailə qurmağımızın 8 ili tamam olur. İkisini bir arada qeyd edəcəyik. Hər günümə şükür edirəm. Övladlarımı, əzizlərimi Allah yanımdan ayırmasın. Əvvəl deyirdim, qocalıram. Amma indi yaşın üstünə yaş gəlməyini gözləyirsən. Məsuliyyətin, yaşama məqsədin var. Yaxın günlərdə Bakıya da gələcəm".

Qeyd edək ki, türkiyəli iş adamı Ceyhunla ailə quran İ.İbrahimovanın bir qız, bir oğlan övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/531549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR