Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır
15:04 3 Aprel 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Aparılacaq təmir işləri ilə əlaqədar Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma aprelin 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.

 

Alternativ olaraq sürücülər Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR