Hər kəs donub qaldı - "Athena" Gökhanı ilə "Survivor" Berna ... - FOTO

Hər kəs donub qaldı - "Athena" Gökhanı ilə "Survivor" Berna ... - FOTO
15:05 3 Aprel 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

"Athena" qrupunun üzvü Gökhanın sosial şəbəkə hesabından etdiyi paylaşım görənləri təəccübləndirib. 

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, "Athena" Gökhanın "Survivor" iştirakçısı Berna Kekliklər üçün sosial şəbəkə hesabından paylaşdığı dəstək mesajı təqibçiləri çaş-baş qoyub.

"Survivor" yarışının prodüseri və aparıcısı olan Acun Ilıcalının dostu Gökhanın pərəstişkarları, Acunla olan səmimiyyətindən dolayı məşhur müğənninin bitərəf olması haqda şərhlər yazıblar.
 
Athena Gökhan bu reaksiyalar sonrası Berna Kekliklərə dəstək paylaşmasını hesabından silib.

Qeyd edək ki, toxunulmazlıq oyununun ilk günü məğlub olan "Könüllülər" komandası Erdinin adını yazıb. Fərdi toxunulmazlıq mükafatını qazanan Ogeday isə adanı tərk etməyə ikinci namizəd kimi Bernanın adını söyləyib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR