Mövsümün 200-cü qolunu kim vurdu?

Mövsümün 200-cü qolunu kim vurdu?
15:05 3 Aprel 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında mövsümün 200-cü qolu vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yubiley topu XXIV turun "İnter" - AZAL görüşünə (2:1) təsadüf edib.

Maçda hesabı açan Denis Silva 200-cü qolun müəllifi olub. O, 48-ci dəqiqədə qonaqları məyus edib. Bu turadək 197 qeydə alınmışdısa, günün ilk oyununda 2 qol vurulandan sonra fərqlənən braziliyalı rəqəmi yubiley həddinə çatdırıb.
 
Tur başa çatandan sonra isə mövsümdə vurulan qolların ümumi sayı 207-yə qədər artıb. Bunlardan 123-ü meydan sahibləri, 84-ü qonaqların hesabındadır. 96 matçdakı orta məhsuldarlıq 2,16-ya bərabərdir.
 
Xatırladaq ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL - "Neftçi" oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadı. O, V turun sentyabrın 19-da keçirilən "Zirə" ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə X turun oktyabrın 30-da baş tutan "İnter" - "Sumqayıt" (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb. XXVII turun "Qarabağ" - "Zirə" görüşündə (2:0) Ağdam klubunun futbolçusu Əfran İsmayılov 150-ci qolun müəllifi olub. O, fevralın 8-də baş tutan qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR