"İstefaya göndərsələr, sakitcə evə gedəcəm"

"İstefaya göndərsələr, sakitcə evə gedəcəm"
15:12 3 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin baş məşqçisi Edqardo Bausa istefaya hazır olduğunu bildirib. Yerli mətbuat komandanın son vaxtlar uğursuz çıxışına görə Bausanın vəzifəsindən azad olunmaq ehtimalından yazıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu söz-söhbətlərə belə münasibət bildirib:

"Ola bilər ki, aprelin 3-də Federasiyanın yeni prezidenti ilə görüşdüm. Hələlik mən və köməkçilərim işlərini əvvəlki kimi icra edəcəklər. Rəhbərliklə görüşdən sonra məsələnin nə yerdə olduğunu biləcəyik. Məni istefaya göndərmək istəsələr, səbəbini müzakirə edəcəyik. Argentinaya uğurlar arzu edirəm. İstefaya göndərsələr, sakitcə evə gedəcəm. Komandanın həmişə uğur qazanmasını istəyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR