Elza Seyidcahan nazirlikdə şöbə müdiri təyin olunmasından danışdı

Bu gün sosial şəbəkə və mətbuatda Əməkdar artist Elza Seyidcahana Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində vəzifə verildiyinə dair müxtəlif xəbərlər dərc olunub.

Bir çoxları onun nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edildiyini yazıblar. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Elza Seyidcahan bunları deyib:

“Mən bilmirəm ki, bu söhbətlərin mənbəyi hardan gəlir. Ümumiyyətlə, bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən öyrəndim. Varsa elə bir şey, mənə də deyin. Nazirlikdən açıqlama gəlibsə, bu haqda danışmağıma ehtiyac yoxdur”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR