Suriyalı uşaq bütün müharibələrə "Stop" dedi

Vətənini tərk etsə də, arzularını tərk etmədi bu balaca.

Başının üstündə uçuşan bomba səslərini bir divarın küncünə qısılaraq bilyard topunun səslərinə dəyişməyə çalışdı.

Top əvəzinə isə onun payına “daş”lar düşüb.

Bəlkə də təsadüfən ilk olaraq seçdiyi ağ daş qara daşla mübarizədən qalib kimi çıxacaq bir gün.

"Oyunun qalibi" bəlli olmaz çünki...

Bilyard stolunu boz torpaq üzərində canlandırmağa çalışan Suriyalı oğlan bu yolla elə bil, gözünün qurdunu öldürməyə çalışır.

Sanki, bu kiçicik arzusunu ona çox görərlərmiş kimi, hətta oyunu da tək oynamağı seçib.

Arxa fonda canlanan 5 barmaq isə bir növ oğlanın əvəzinə bəşəri bəla olan müharibələri durdurun deyə “STOP” əmrini verir.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR