Ayın səthində yadplanetlilərin tikdiyi binalar - VİDEO

Ayın səthində yadplanetlilərin tikdiyi binalar - VİDEO
15:58 3 Aprel 2017
270 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ayın səthində müəmmalı qüllələr qeydə alınıb.

Uufoloqlar Yerə yaxın ərazidə şüurlu yadplanetlilərin olduğuna dair yeni sübutlar tapıblar. "Google Moon" xəritəsini tədqiq edən ufoloqlar Ayın səthində 6 ədəd 5 kilometrlik qüllə kəşf ediblər.

Tədqiqatçıların fikrinə görə, obyektlər başqa dünyalardan gəlmələr tərəfindən inşa edilib. "Google Moon" xəritəsi NASA kosmik agentliyinin kosmik aparatları vasitəsilə çəkilən fotolar əsasında hazırlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ufoloqlar Mars planetinin də səthində qüllələr aşkar etmişdilər.

2017-ci ilin mart ayının ortalarında Ayın "LRO" orbital zondu tərəfindən çəkilən fotolarının tədqiqatçıları yadplanetlilərin bazasını tapmışdılar.

Ufoloqlar iddia edirlər ki, 1969-cu ildə Ayın səthinə enən astronavtlara "yerlilərin" qonaqlardan xoşu gəlmədiyini başa salmışdılar.

Yapon alimləri isə Ayın səthində böyük tunellərə aparan dəliklər kəşf etmişdilər.

(ölkə.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/193587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR