Daxili işlər nazirinin keçmiş müavinini döyüldü - Gürcüstanda

Daxili işlər nazirinin keçmiş müavinini döyüldü - Gürcüstanda
16:17 3 Aprel 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Tbilisidə iki naməlum maskalı şəxs Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Gela Xvedelidzeyə hücum edib.

Milli.Az report-a istinadən bildirir ki, G.Xvedelidzenin həyat yoldaşının verdiyi məlumata görə, hücum onların yaşadığı evin qarşısında baş verib. Gela Xvedelidze ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Fakt üzrə cinayət işi qaldırılıb, istintaq başlanılıb.

Qeyd edək ki, G.Xvedelidze bir neçə il əvvəl gizli videoçəkiliş ilə bağlı baş vermiş qalmaqala görə daxili işlər nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR