"Facebook"da YENİLİK

"Facebook"da YENİLİK
16:27 3 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən iri sosial şəbəkəsi olan "Facebook"un istifadəçiləri artıq öz dostlarının tarixçəsini izləyə biləcəklər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə "Stories" funksiyasının mobil versiyası "Android" və iOS əməliyyat sistemləri ilə çalışan cihazlar üçün əlçatan olub.  


 
İstifadəçilər bundan sonra dostları ilə bölüşmək istədikləri qısa videolar və fotolar yükləyə biləcəklər. Materiallar 1 sutka qalacaq, sonra öz-özünə silinəcək. Tarixçəni yaratmaq üçün müxtəlif effektlər, maskalar, filtrlərdən istifadə etmək mümkündür. İstifadəçi "Direct" düyməsi ilə öz tarixçəsini konkret seçdiyi bir və ya bir neçə dostu ilə bölüşə bilər. Bu cür foto və videolar alıcı tərəfindən baxıldıqdan sonra öz-özünə silinəcək.  
 
Qeyd edək ki, ilk dəfə "Stories" funksiyası "Snapchat" xidmətində yaranıb. Sonra bu funksiyanı digər sosial şəbəkələr də tətbiq etməyə başlayıb. "Facebook" "Snapchat"ı almaq istəsə də, buna nail ola bilməyib. Nəticədə "Facebook" analoji funksiyanı özünün bütün layihələrində - "Instagram", "WhatsApp" və "Facebook Messenger"də tətbiq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/531595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR